Orxan Cəfərovdan, Bakı, Azərbaycan


04 mart 2024, 15:54
Hörmətli cənab Prezident!
Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin kollektivi adından Sizə ən səmimi təbriklərimizi çatdırırıq.
Sizin ölkəmizə rəhbərliyiniz dövründə bir sıra sahələrlə yanaşı, səhiyyə sahəsi də inkişaf etmişdir. Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, həkimləri təkmilləşdirmə işlərinin həyata keçirilməsi və digər tədbirlər vətəndaşların daha yaxşı tibbi xidmətlə təminatına gətirib çıxarmışdır. Bu sahədə görülən işlərdən həm həkimlər, həm də vətəndaşlar razıdırlar.
Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə Sizə yeni uğurlar diləyirik.
Hörmətlə,
Orxan Cəfərov,
“Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.