Fərrux Kərəmovdan, Bakı, Azərbaycan
04 mart 2024, 15:11
Əziz və hörmətli Prezident,
Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz məni çox sevindirdi. Sizə ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı çatdırıram.
İyirmi illik prezidentlik fəaliyyətiniz müddətində Vətən və xalq qarşısında göstərdiyiniz xidmət Sizi əvəzolunmaz şəxsiyyət zirvəsinə yüksəltmiş, xalqın böyük məhəbbətini, rəğbətini, etimadını qazanmısınız. Buna görə də fevralın 7-də keçirilən seçkilərdə mütləq səs çoxluğu ilə qələbə qazandınız.
Siz hələ iyirmi il əvvəl demişdiniz ki, hər bir azərbaycanlının Prezidenti olacaqsınız. Ötən illər ərzində gördüyünüz işlərlə bunu dəfələrlə sübut etmisiniz. Hər bir addımınızda ölkəmizin, xalqımızın maraqlarını üstün tutursunuz, vətəndaşların rifahını daim diqqətdə saxlayırsınız. Azərbaycan xalqı Sizə güvənir, öz xoşbəxt gələcəyini yalnız Sizin müdrik rəhbərliyinizdə görür.
Cənab Prezident, Siz ölkəmizin daha da inkişafı, güclənməsi üçün gecə-gündüz yorulmaq bilmədən gərgin əmək sərf edirsiniz. Uca Allahdan Sizə möhkəm cansağlığı, güc-qüvvət, gələcək fəaliyyətinizdə nailiyyətlər arzu edirəm.
Hörmətlə,
Ədliyyə Nazirliyinin Umbakı penitensiar kompleksindən
Fərrux Harun oğlu Kərəmov
Azərbaycan Respublikası, Bakı şəhəri