Oktyabr Rəşidovdan, Şəki, Azərbaycan
Text size
04 mart 2024, 13:53
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələri və həlledici məqamları məhz Sizin Liderlik dövrünüzə düşdü. Siz Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsini mənimsəmiş kamil siyasətçi kimi xalqımızı tərəqqi yolunda inamla yürütdünüz. Məhz Siz Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq zirvələr fəth etməsinə müvəffəq oldunuz.
Sizi növbədənkənar prezident seçkilərində əldə etdiyiniz tarixi qələbə münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
Rəşidov Oktyabr Əmiraslan oğlu
Azərbaycan Respublikası, Şəki rayonu, Böyük Dəhnə kəndi