Miraslan Ağayev və başqalarından, Salyan, Azərbaycan
04 mart 2024, 12:47
Möhtərəm cənab Prezident!
Sizi növbədənkənar prezident seçkilərində yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Salyan rayon Ərəbqardaşbəyli kənd sakinləri adından təbrik edirik. Əminik ki, müstəqil Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə, müdrik siyasətinizlə, yorulmaz fəaliyyətinizlə daim zirvələrdə olacaqdır!
Bu qələbə ötən illər ərzində istər daxili, istər regional, istərsə də beynəlxalq müstəvidə həyata keçirdiyiniz uğurlu siyasətin bəhrəsidir. Azərbaycan Respublikasının öz torpaqlarını işğaldan azad etməsi və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməsi bu uğurlu siyasətin ayrılmaz bir parçasıdır.
Cənab Prezident, Sizə yeni uğurlar, zəfərlər və səmərəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Ağayev Miraslan Cabbar oğlu,
Hüseynov Qubad Səmədağa oğlu,
Bayramov Bayram Cahangir oğlu,
Kərimov Emin Firudin oğlu,
Salahov Beydulla Fətulla oğlu,
Salmanov Həşim Salman oğlu,
Salahov Hatəm Səxavət oğlu,
Məmmədov Camal Kamal oğlu,
Quliyev Xalid Qulu oğlu,
Quliyev Ceyhun Habil oğlu və başqaları (100 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu, Ərəbqardaşbəyli kəndi.