Elşən Nağıyevdən, Abşeron, Azərbaycan
04 mart 2024, 11:39
Hörmətli cənab prezident,
Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə təbrik edir, Allahdan qələbələrimizin və uğurlarımızın bol olmasını diləyirəm.
Respublikamızda yaşayış mühitinin yaxşılaşması, vətəndaşların rifah halının yüksəlməsi, dövlətimizin dünya dövlətləri arasında nüfuzunun artması, torpaqlarımızın işğaldan azad olunması və bütöv Azərbaycanda ilk dəfə olaraq növbədənkənar prezident seçkilərinin keçirilməsi Sizin adınızla bağlıdır.
Ölkəmizə rəhbərlik etdiyiniz ilk gündən bəri daima müstəqilliyimizin möhkəmləndirilməsinə, milli maraqlarımızın ən yüksək səviyyədə qorunmasına çalışmış və sabitliyi təmin etmisiniz. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursu uğurla davam etdirməklə ideoloji dayaqlarımızı daha da möhkəmləndirmiş, vətəndaş həmrəyliyi bərqərar olmuşdur.
Hörmətlə,
Nağıyev Elşən Mirzağa oğlu, 3-cü dərəcəli Vətən müharibəsi əlili.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.