Vüqar Usubov və başqalarından, Salyan, Azərbaycan
04 mart 2024, 11:22
Möhtərəm cənab Prezident,
Qalib Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, dövlətimizin inkişafı, xalqımızın xoşbəxtliyi naminə atdığıız bütün addımlarda uğurlar arzu edirik.
Biz bu möhtəşəm qələbəni böyük sevinc, qürur və fərəh hissləri ilə qarşıladıq. Yenidən Prezident seçilməyiniz bir daha göstərdi ki, Azərbaycan xalqı öz böyük Liderini, qalib ölkənin Müzəffər Ali Baş Komandanını necə məhəbbətlə sevir.
Bizə zəfər xoşbəxtliyi bəxş edən Ali Baş Komandanımızın qələbəsi və qələbəmiz mübarək!
Hörmətlə,
Usubov Vüqar,
Hüseynov Alıhüseyn,
Əhmədov Rövşən,
Cəbrayılov Mail və başqaları (85 imza)
Azərbaycan Respublikası, Salyan rayonu, Marışlı və Seyidsadıqlı kəndləri