logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əzizəli Mahmudovdan, Biləsuvar, Azərbaycan

Text size icon-size icon-size

04 mart 2024, 11:05

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Xalqımız səsvermə günü bir daha əvəzolunmaz Liderimizin – Sizin yanınızda olduğunu nümayiş etdirdi. Vətəndaşlarımız Sizə səs verməklə firavanlığa, tərəqqiyə, təhlükəsizliyə, xoşbəxtliyə səs verdi. Çünki ölkəmizdə bütün bunların təminatçısı məhz Sizsiniz!

Siz Ümummilli Liderimizin başladığı müdrik siyasəti inamla davam etdirirərək, Azərbaycan dövlətinin qüdrətini daha da artırmısınız. Uzaqgörən daxili və xarici siyasətinizlə xalqımıza və dövlətimizə saysız-hesabsız nailiyyətlər bəxş etmisiniz. Sizin rəhbərliyinizlə yeni hədəflərə doğru inamla addımlayırıq.

Möhtərəm cənab Prezident, Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Əzizəli Zahirəli oğlu Mahmudov

Azərbaycan Respublikası, Biləsuvar şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi