Əli Mahmudovdan, Şamaxı, Azərbaycan
04 mart 2024, 10:47
Hörmətli cənab Prezident,
Seçkilərdə qazandığınız inamlı və parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik edirik. Bu seçkilər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bütöv respublikamızda keçirilmiş seçkilər Sizin müdrik və uzaqgörən siyasətinizin şah əsəridir. Bu yeni mərhələnin başlanması deməkdir. Bu mərhələdə iqtisadi və institusional islahatların dərinləşməsi ilə yanaşı, regional stabilliyin güclənəcəyinə də zəmin yaranır. Yeni dövr bütün sferalarda islahatların daha da dərinləşməsi, Böyük Qayıdışın intensiv davam etdirilməsi və Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq.
Qalib Xalq Müzəffər Ali Baş Komandanına – Sizə böyük etimadını bir daha nümayiş etdirdi. 2023-cü ildə əldə etdiyimiz uğurlar yeni mərhələdə daha da möhkəmləndiriləcək. Ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunması kontekstində iqtisadi islahatların daha da dərinləşməsi prioritetləşməkdədir.
Bu seçki Zəfər seçkisi olmaqla yanaşı, Azərbaycanın uğurlarının güclənməsinə xidmət edəcəkdir. Xalqımız bu seçkidə də Qalib Xalqın Qalib Prezidentinin yanında olmaqla ölkə rəhbərinin siyasətini və eləcə də Qarabağ daxil olmaqla ölkədə həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəklədiyini nümayiş etdirdi.
Hörmətlə,
Əli Mahmudov.
Azərbaycan Respublikası, Şamaxı rayonu.