Qərib Qurbanovdan, Şəki, Azərbaycan
Text size
04 mart 2024, 10:00
Möhtərəm cənab Prezident,
Ölkəmiz, Vətənimiz üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirir, yürütdüyünüz siyasətdə yeni uğurlar arzulayıram.
Sizin hər bir qərarınız xalqımızın gələcəyi, firavan həyatı, xoş günləri üçün qəbul edilir. Buna görə də xalqımız qəbul etdiyiniz hər bir qərarı alqışlayır.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi kəndimizin sakinləri adından ürəkdən təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Qurbanov Qərib Kərim oğlu
Azərbaycan Respublikası, Şəki rayonu, Şirinbulaq kəndi