İlham Əliyev Rumıniyanın keçmiş Baş naziri, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanunu qəbul etmişdir
Text size


29 oktyabr 2012, 18:30
Prezident İlham Əliyev Rumıniyanın keçmiş Baş naziri, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanunu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Rumıniyanın əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edildi, ölkələrimiz arasında bir neçə il bundan əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin önəmi qeyd olundu.
Regional əməkdaşlığın genişləndirilməsində Azərbaycan-Rumıniya ikitərəfli əlaqələrinin rolunun xüsusi vurğulandığı görüşdə münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.