Natiq Əliyevdən, Saatlı, Azərbaycan
02 mart 2024, 16:24
Hörmətli cənab Prezident,
Azərbaycan xalqı Sizə səs verməklə təhlükəsiz və rahat həyat yaşamaq, gələcəyindən arxayın olmaq istəyini həyata keçirmişdir.
Xalq bilir ki, Siz verdiyiniz vədləri əməli fəaliyyətinizlə yerinə yetirən, sabitliyimizin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkəsinin inkişafını təmin edən, özünü hər bir vətəndaşın prezidenti kimi təsdiqləyən Lidersiniz. Bu gün Azərbaycan vətəndaşı Sizin fəaliyyətinizi yüksək qiymətləndirir, dəstəkləyir və inanır.
Cənab Prezident, seçkilərdə yüksək səs çoxluğu ilə qələbə qazanmağınız münasibətilə Sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Əliyev Natiq Əlisafa oğlu
Azərbaycan Respublikası, Saatlı rayonu