logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zakir Yunisovdan, Qazax, Azərbaycan

Text size icon-size icon-size

02 mart 2024, 13:50

Cənab Ali Baş Komandan, bütün dünyaya özünü və xalqını tanıdan, düşmənlərin öhdəsindən layiqincə gələn Prezidentimiz!

Seçkilərdə qazandığınız qələbə ilə əlaqədar olaraq Sizi ailə üzvlərim və Qazax sakinləri adından səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, həmişə qələbə qismətli olmağınızı arzulayıram.

44 günlük Vətən müharibəsinin yekunu necə Zəfər oldusa, bu seçkilərin də yekunu xalqımız üçün əsl bayrama çevrildi. Xalqımız, millətimiz Sizi hər zaman dəstəkləyib, uğurlar arzulayır.

Siz Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısısınız.Allah Ulu Öndərin ruhunu daim şad etsin. Sizə gələcək işlərinizdə də uğurlar diləyirəm.

Hörmətlə,

Zakir Yunisov

Azərbaycan Respublikası, Qazax rayonu, Aslanbəyli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi