logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nazim Həmzəyevdən, Saatlı, Azərbaycan

Text size icon-size icon-size

02 mart 2024, 12:57

Möhtərəm cənab Prezident,

Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilməsi xalqımızda dərin fəxarət hissi yaratdı. 7 fevral seçkiləri Azərbaycan tarixinə yeni şanlı səhifə kimi yazıldı.

Hörmətli cənab Prezident, biz Sizin müdrik siyasətiniz nəticəsində tarixin ağır sınağından üzüağ çıxdıq. Düşmən tapdağında olan torpaqlarımız Ali Baş Komandanlığınızla işğaldan azad edildi. Həmin ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, yurd-yuvalarına köçürülən soydaşlarımızın xoşbəxtliyi hər birimizi sevindirir. Bu günləri görmək çoxdankı arzumuz idi. Arzularımızı həyata keçirən Prezidentimiz, Allah Sizi qorusun!

Hörmətlə,

Nazim Həmzəyev, 8 nömrəli Yol Sahəsinin kollektivi adından.

Azərbaycan Respublikası, Saatlı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi