Allahverdi Piriyevdən, Salyan, Azərbaycan
Text size
02 mart 2024, 12:30
Hörmətli cənab Prezident!
Sizi növbədənkənar prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Salyan rayon ziyalıları, rayon ictimaiyyəti adından və şəxsən öz adımdan təbrik edir, Sizə möhkəm cansağlığı, bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzulayıram.
Seçkilərin yekunu bir daha sübut etdi ki, Siz xalqımızın qalib Liderisiniz. Yeni zəfərlərə nail olacağınıza və doğma Azərbaycanımızı daha da qüdrətli edəcəyinizə tam əminik. Bu yolda Sizə uğurlar diləyirəm.
Eşq olsun, qalib xalqın qalib Liderinə!
Yaşasın müstəqil Azərbaycan və Azərbaycan xalqı!
Hörmətlə,
Allahverdi Piriyev,
Əməkdar müəllim
Azərbaycan Respublikası, Salyan şəhəri.