Duman Bayramovdan, Daşkəsən, Azərbaycan
02 mart 2024, 11:35
Hörmətli cənab Prezident,
Sizin xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu davam etdirməyiniz sayəsində Azərbaycan dünya miqyasında qəbul edilən böyük ugurlara imza atır.
Qarabağımız Sizin rəhbərliyinizlə azad edildi, Qələbə bayrağımız ölkəmizin bütün guşələrində dalğalanır. Buna görə Sizə daim minnətdar olacağıq.
Daşkəsən qəsəbəsindəki Gündüz İsmayılov adına tam orta məktəbin killektivi adından Sizi yenidən ölkə başçısı seçilməyiniz münasibətilə təbrik edir, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Dövlətimizin gələcək inkişafının məhz Sizin müdrik siyasətinizlə davam edəcəyinə çox sevinirik.
Bu yol Heydər Əliyev yoludur!
Uca Allah bu yolda Sizə və xalqımıza yardımçı olsun!
Hörmətlə,
Bayramov Duman Raquf oğlu
Azərbaycan Respublikası, Daşkəsən rayonu