logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Arzu Həmzəyevadan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

02 mart 2024, 10:00

Hörmətli cənab Prezident,

Siz ümumxalq məhəbbəti qazanmış Lidersiniz. Atdığınız hər addım Azərbaycana uğur gətirir, xalqımızın sevincinə səbəb olur. Sizin sayənizdə Azərbaycan həqiqətləri və haqq səsimiz dünyaya çatdırıldı, düyünlənmiş Qarabağ məsələsi çözüldü. İndi başımız uca, alnımız açıqdır. Xalq görülən işlərə dəyər verir və elə bu səbəbdən də Sizi özünə yenidən Prezident seçdi.

Müzəffər Ali Baş Komandan, yenidən Prezident seçilməyiniz münasibətilə Sizi özümün və ailəmin adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Arzu Həmzəyeva

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi