Gülbala Əliyevdən, Sabirabad, Azərbaycan
02 mart 2024, 09:45
Möhtərəm cənab Prezident,
Növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bütün xalqımız kimi bizim ailəmizi də çox sevindirdi.
Siz hər bir addımınızda Azərbaycan xalqının mənafeyini düşünürsünüz. Dövlət başçısı kimi fəaliyyətə başladığınız ilk gündən “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm...” deyərək, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, həyat şəraitlərinin daha da yaxşılaşdırılması üçün yorulmadan fəaliyyət göstərirsiniz.
Hörmətli cənab Prezident, Azərbaycan xalqı Sizinlə fəxr edir! Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram!
Hörmətlə,
Gülbala Rəhman oğlu Əliyev
Azərbaycan Respublikası, Sabirabad rayonu, Qalağayın kəndi.