Fəridə Cəfərovadan, Şirvan, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
02 mart 2024, 09:18
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyinizlə ölkəmizdə bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatlar aparılmış və bu sahənin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin Ali Baş Komandanlığınızla düşməndən azad edilməsi bütün xalqımız üçün əsl bayram oldu. Qarabağın tacı olan Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması, Vaqif Poeziya Günlərinin keçirilməsi Azərbaycan mədəniyyətinə verilən yüksək qiymətdir. Həmçinin gənclərimizə mədəniyyət sahəsi üzrə xaricdə təhsil almaları üçün şərait yaradılması, onlara mütəmadi dəstək göstərilməsi bu sahəyə olan dövlət qayğısından xəbər verir.
Cənab Prezident, biz əminik ki, Siz dövlət başçısı kimi gələcək fəaliyyətinizdə də Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün əlinizdən gələni əsirgəməyəcək və ölkəmizin iqtisadi gücünün, beynəlxalq nüfuzunun davamlı möhkəmləndirilməsini təmin edəcəksiniz. Sizə bu şərəfli və taleyüklü vəzifənizdə daim uğurlar arzulayırıq.
Hörmətlə,
Fəridə Mirməhəmməd qızı Cəfərova
Azərbaycan Respublikası, Şirvan şəhəri.