Ərşad Babaşovdan, Lerik, Azərbaycan
Text size
01 mart 2024, 18:17
Hörmətli cənab Prezident,
Sizi növbədənkənar prezident seçkilərində qazandığınız parlaq və inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Biz gənclərə göstərdiyiniz xüsusi diqqət və qayğı məndə və digər gənc dostlarımızda hər zaman böyük ruh yüksəkliyi yaradıb. Siz gənclərə hər addımda insanın öz kökünə və tarixinə sadiqliyini nümayiş etdirirsiniz. O sadiqlik ki, məhz onunla biz doğma Vətənimizi bu gün bütövləşən görürük.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Ərşad Babaşov.
Azərbaycan Respublikası, Lerik, Şinəbənd kəndi.