Xəzər Maqsudludan, Abşeron, Azərbaycan
01 mart 2024, 17:45
Hörmətli cənab Prezident.
Sizin "Dəmir yumruğ"unuz və qəhrəman oğlullarımızın sücayəti, rəşadətli Ordumuzun gücü hesabına düşmən döyüş meydanında məğlub edildi. Vətənimizin ərazi bütövlüyü təmin olundu.
Sizin sayənizdə ədalət bərpa olunmaqla yanaşı, öz yurdlarından didərgin düşən soydaşlarımız evlərinə dönməyə başladılar. Məhz Sizin sayənizdə qısa müddətdə bərpa olunan Qarabağda həyat qaynamağa başladı.
Hazırda işğaldan azad olunmuş torpaqlarda təhlükəsiz, azad seçkilər keçirə bilirik. Bundan sonra da sürətli inkişaf tempimizin davam etdirilməsi, Ordumuzun daha da güclənməsi üçün xalqımız Sizə səs verdi.
Sizi yenidən Prezident seçilməyiniz münasibəti ilə təbrik edir və uğurlarınızın davamlı olmasını arzulayırıq.
Hörmətlə,
Maqsudlu Xəzər Həsən oğlu, Vətən müharibəsinin qazisi
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri