Elvin Bağırovdan, Sumqayıt, Azərbaycan
01 mart 2024, 17:13
Möhtərəm cənab Prezident,
Sizi fevralın 7-də Qarabağ da daxil olmaqla Azərbaycanın bütün ərazisində keçirilmiş tarixi seçkilərdə qazandığınız möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı ölkəyə rəhbərliyiniz dövründə gördüyünüz böyük işlərə yüksək qiymət verərək yenidən Sizə səs verdi. Bu qələbəniz bir daha göstərdi ki, xalq Sizə inanır, öz taleyini Sizə etibar edir. Sizin rəhbərlik etdiyiniz güclü, qüdrətli Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur və gələcəyə daha güvənlə baxırıq.
Sizin möhkəm iradəniz, qətiyyətiniz, uzaqgörən siyasətiniz Azərbaycanı siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli, dünyada nüfuzu, öz sözü olan dövlətə çevirib. Siz torpaqlarımızı işğaldan azad etməklə xalqımızın 30 illik Qarabağ həsrətinə son qoymusunuz. Bu gün Sizin müzəffər Ali Baş Komandan kimi azad edilmiş ərazilərimizə səfərləriniz, orada bərpa, yenidənqurma işləri ilə tanış olmağınız, ata-baba yurdlarına qayıtmış insanlarla görüşlər keçirməyiniz hər birimizə böyük qürur hissi yaşadır. İnanırıq ki, müdrik siyasətiniz gələcəkdə Azərbaycana daha çox uğurlar, qələbələr qazandıracaq. Bu şərəfli yolda Sizə bol enerji, müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Elvin İbrahim oğlu Bağırov
Azərbaycan Respublikası, Sumqayıt şəhəri