logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəfael Əkbərovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

01 mart 2024, 16:30

Möhtərəm Prezident.

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” 2024-cü il 21 fevral tarixli Sərəncamınızla respublikamızın cənubdan ən ucqar nöqtəsi olan Ordubad rayonuna növbəti diqqət və qayğınızı göstərməyiniz Sizin bütöv Azərbaycanın əvəzolunmaz Prezidenti olmağınızın bariz təzahürüdür. Ümidvarıq ki, sərəncamın gözəl bəhrələri özünü çox da gözlətməyəcək.

Özümün, yaxınlarımın və bütün ordubadlıların adından Sizə dərin minnətdarlığımızı bildirir, ən gözəl arzularımızı çatdırıram.

Arzu edirik ki, bu il Ordubadda Sizin şərəfinizə əkiləcək ağacların kölgəsində, daha da gözəlləşən və təşəkkül tapan Ordubadda Siz öz 100 illik yubiley gününüzdə ailəvi xatirə şəkli çəkdirəsiniz.

Hörmətlə,

Xalq təşəkkürünü Sizə çatdıran,

Əkbərov Rəfael Mənsur oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi