logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İraq Respublikasının sabiq Baş naziri, İslami Dəvət Partiyasının baş katibi Nuri Kamal Əl-Malikidən

Text size icon-size icon-size

29 fevral 2024, 18:51

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz arasında müştərək maraqların həyata keçirilməsi naminə xalqlarımızın münasibətlərinin möhkəmlənməsini və İslami Dəvət Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafını arzu edirəm.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

 

Nuri Kamal Əl-Maliki

İraq Respublikasının sabiq Baş naziri,

İslami Dəvət Partiyasının baş katibi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi