Hikmət Mirzəzadədən, Bakı, Azərbaycan
01 mart 2024, 16:10
Hörmətli cənab Prezident.
Sizi prezident seçkilərində qələbəniz münasibətilə ürəkdən təbrik edirəm. Bu böyük uğur ölkəmizin Sizin rəhbərliyiniz altında nümayiş etdirdiyi sabit idarəçilik və güclü liderliklə bağlıdır.
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişaf, milli təhlükəsizlik və sosial rifah sahələrində mühüm addımlar atmışdır. Bu nailiyyətlər ölkəmizin gələcək potensialını daha da parlaq edir. Gün keçdikcə Azərbaycanın regional və beynəlxalq aləmdə rolu möhkəmlənməkdə davam edir. Ölkəmizin regional əməkdaşlıq, sülhün və sabitliyin təmin edilməsi istiqamətində göstərdiyi səylər dost və qardaş dövlətlər tərəfindən yüksək qiymətləndirilir.
Yenidən seçilməyiniz xalqımızın Sizə olan inamının təzahürüdür.
Sizin rəhbərliyiniz altında Azərbaycan bir çox nailiyyətlər əldə etmişdir və Sizin liderliyiniz bu uğurların əsasında durur.
Allahdan Sizə möhkəm can sağlığı və uğurlarınızın davamını arzulayıram.
Hörmətlə
Mirzəzadə Hikmət Rasim oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.