Firizman Müslümovdan, Bakı, Azərbaycan
01 mart 2024, 14:40
Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Növbədənkənar Prezident seçkilərində qazandığınız tarixi qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizin rəhbərliyinizlə Azərbaycanın qüdrəti gündən-günə artır, ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevrilir.
Ali Baş Komandanlığınız altında rəşadətli Ordumuzun qazandığı tarixi Qələbəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, uzun illər torpaq həsrəti ilə yaşamış soydaşlarımızın ata-baba yurdlarına qayıtması xalqımızı sevindirir. Mədəni irsimizin, dağıdılmış tarixi abidələrimizin bərpa olunması bizi qürurlandırır.
Şərəfli işinizdə, məsuliyyətli fəaliyyətinizdə Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzu edirəm.
Hörmətlə,
Firizman Kamran oğlu Müslümov
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.