Səyyad Zeynalovdan, Yardımlı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
01 mart 2024, 12:40
Hörmətli cənab Prezident,
Sizi 7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə ailəm adından təbrik edirəm. Seçkilərdə xalqımız ölkəmiz naminə göstərdiyiniz misilsiz xidmətlərə ən yüksək qiymətini verdi.
Sizin fəal işiniz, dövlətimizin qarşısında duran əsas vəzifələri səmərəli surətdə həll etmək və yüksək diplomatik bacarığınız Sizə haqlı olaraq ölkəmizdə, bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb. Mən, 2-ci Qarabağ müharibəsi iştirakçısı, bir Azərbaycan vətəndaşı kimi Sizinlə fəxr edirəm. Var olun! Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Səyyad Zeynalov, 2-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan hərbçi.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Mişkireyn kəndi.