Şayla Yusufovadan, Bakı, Azərbaycan
01 mart 2024, 11:32
Hörmətli cənab Prezident,
2024-cü il fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan dövlətinin gücünün, xalqımızın öz şəriksiz liderinə olan sonsuz inamının və etimadının növbəti təntənəsinə çevrildi.
Bu seçkilər şərqdə ilk demokratik dövlət yaratmış bir xalq olaraq bizim ümumbəşəri dəyərlərə və demokratik prinsiplərə sadiqliyimizi bir daha bütün dünyaya nümayiş etdirdi.
Mən, bir Azərbaycan vətəndaşı kimi bundan qürur duyur, seçkilərdə qazandığınız böyük Qələbə münasibətilə Sizi ailə üzvlərim adından ürəkdən təbrik edir, xalqımızın tərəqqisi və inkişafı naminə gördüyünüz bütün işlərdə Sizə yeni-yeni uğurlar arzulayırıq.
Hesab edirik ki, bu seçkilər zamanı Sizə verilmiş hər bir səs Azərbaycanın gözəl gələcəyinə və davamlı inkişafına olan sonsuz inamın göstəricisidir. Əminik ki, həmişə olduğu kimi bundan sonra da öz fəaliyyətinizlə xalqımızın etimadını doğruldacaq, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş müasir Azərbaycanı beynəlxalq aləmdə yeni-yeni üfüqlərə daşıyacaqsınız.
Ulu Tanrı Sizə yar olsun! Allah Sizi və Azərbaycanı qorusun!
Hörmətlə,
Şayla Yusufova.
Azərbaycan Respublikası, Bakı şəhəri.