Elməddin Novruzovdan, Xırdalan, Azərbaycan
01 mart 2024, 09:26
Müzəffər Ali Baş Komandan!
Möhtərəm cənab Prezident!
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində xalqımızın böyük əksəriyyəti Sizə səs verdi. Çünki ölkəmizə rəhbərlik etdiyiniz ilk gündən bu günədək dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üçün uzun illərdir gördüyünüz işlər öz nəticəsini verdi. Torpaqlarımız işğaldan azad olunmaqla bərabər, qısa müddətdə soydaşlarımız öz yurdlarına geri dönməyə başladılar. Sizin rəhbərliyiniz altında işğaldan azad edilmiş torpaqlarımıza, gözəl Qarabağımıza yenidən həyat qayıdıb.
Hörmətli cənab Prezident, seçkilərdə qazandığınız bu möhtəşəm qələbə münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycanımızın inkişafına və xalqımızın tərəqqisinə yönəlmiş şərəfli və məsuliyyətli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Elməddin Niyaməddin oğlu Novruzov, III dərəcəli Vətən müharibəsi əlili
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.