logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Safura Zeynalovadan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

29 fevral 2024, 14:45

Hörmətli cənab Prezident.

Sizin amalınız ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.

Sizin düşünülmüş siyasətiniz sayəsində ölkəmizdə xalq-iqtidar birliyi var. Ona görə də Azərbaycan xalqı gələcəyə çox böyük nikbinliklə baxır. Hamımız əminik ki, Siz bizi hər zaman qoruyacaq, diqqət və qayğı göstərəcəksiniz.

Xalqın böyük dəstəyini qazanaraq prezident seçkilərində qazandığınız uğurlu qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Hörmətlə,

Zeynalova Safura, şəhid Müseyib Zeynalovun anası

Azərbaycan Respublikası, Salyan rayonu

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi