29 fevral 2024, 12:50

Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz bütün dünya azərbaycanlılarının Lideri olduğunuzu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq etdiniz. Torpaqlarımız işğaldan azad edildiyi üçün indi alnıaçıq gəzirik.

Dahi Sərkərdə, bunlar hamısı Sizin sayənizdə oldu. Biz azərbaycanlılar Sizinlə qürur duyuruq.

Mən özüm seçkilərdə müşahidəçiydim. Seçkilər çox şəffaf və yüksək əhval-ruhiyədə keçdi. Sizi cəlilabadlılar adından səmimi-qəlbdən təbrik edirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Əzim Niftiyev

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.