logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qəhrəman Bəhrəmovdan, Ağsu, Azərbaycan

Text size icon-size icon-size

29 fevral 2024, 12:29

Möhtərəm cənab Prezident,

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəldiyiniz üçün Sizi ürəkdən təbrik edirəm. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bütün xalqımız kimi bizim ailəmizi də fərəhləndirdi. Ölkəmizə Sizin kimi dövlət başçısının rəhbərlik etməsi bizi çox sevindirir. Çünki Siz müdrik siyasətçi, qətiyyətli Lider və qayğıkeş dövlət başçısısınız. Ölkə başçısı kimi həyata keçirdiyiniz tədbirlərin təməlində vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, dövlətimizin davamlı inkişafının təmin olunması dayanır. Siz sağlam və xoşbəxt gənc nəslin yetişməsi üçün əlinizdən gələni əsirgəmir, bütün lazımi şəraiti yaradırsınız.

Hörmətli cənab Prezident, şərəfli və çətin fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, tükənməz enerji arzu edirəm.

Hörmətlə,

Qəhrəman Bəhrəm oğlu Bəhrəmov

Azərbaycan Respublikası, Ağsu rayonu, Rəhimli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi