Emil Məmmədovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident,
Bir Azərbaycan vətəndaşı, Qubadlı rayon sakini olaraq qürur hissi ilə deyə bilərəm ki, Sizin 20 illik fəaliyyətiniz nəticəsində gördüyünüz bütün işlərlə yanaşı, 44 günlük Vətən müharibəsində qazandığınız qələbə, ötən ilin sentyabrın 19-da həyata keçirilən bir günlük antiterror tədbirləri zamanı Qarabağ torpağlarının tam azad olunması, Azərbaycanın suverənliyinin bərpa olunması Sizin qələbənizin Zəfər zirvəsidir. Siz öz adınızı həmin zirvədə xalqımızın və torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə tarixə yazmısınız.
Cənab Prezident, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində seçicilərin böyük ruh yüksəkliyi ilə seçki məntəqələrinə gələrək Sizə səs verib yenidən Prezident seçməsi xalqla dövlətin bir olduğunu, xalqın həmişə Sizin yanınızda olmasının bariz nümunəsidir. Bu münasibətilə Sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan! Yaşasın Ali baş komandan!
Hörmətlə,
Emil Məmmədov, Qubadlı rayonundan olan iş adamı.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.