Aqil Vəliyevdən, Daşkəsən, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
29 fevral 2024, 11:12
Hörmətli cənab Prezident,
Sizi yenidən ölkə başçısı seçilməyiniz münasibətilə təbrik edir, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Dövlətimizin gələcək inkişafının məhz Sizin müdrik siyasətinizlə bağlı olmasına çox sevinirik. Bu yol Heydər Əliyev yoludur! Azərbaycan xalqının tarixində dərin iz buraxmış Ulu Öndərimizin siyasi irsi Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün Sizin rəhbərliyinizlə təmin olunması, şanlı Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması bizi qürurlandırır.
Ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə Uca Allah Sizə yardımçı olsun! Bir daha qələbəniz münasibətilə Sizi təbrik edirəm!
Hörmətlə,
Aqil Mehman oğlu Vəliyev
31 nömrəli Yol İstismar MMC-nin kollektivi adından.
Azərbaycan Respublikası, Daşkəsən rayonu.