Azadxan Əsədullayevdən, Lerik, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
28 fevral 2024, 17:46
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan dövlətinin çiçəklənməsi istiqamətində apardığınız uğurlu fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər diləyirəm.
Cənab Prezident, Zəfər seçkisinin nəticəsi bir daha göstərdi ki, Azərbaycan xalqı Sizi ürəkdən dəstəkləyir, öz xoşbəxt gələcəyinin təminatçısı kimi Sizə etibar edir. Bir daha Sizi təbrik edir, xalqımızın firavanlığı, dövlətçiliyimizin qüdrətlənməsi yolunda gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə.
Əsədullayev Azadxan Ziyad oğlu,
şəhid atası
Azərbaycan Respublikası, Lerik şəhəri.