Cəbrayıl Mehralıyevdən, Sumqayıt, Azərbaycan
Text size
27 fevral 2024, 14:49
Hörmətli cənab Prezident,
Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, Siz müasir Azərbaycan dövlətinin güclənməsi, habelə Vətənimizin beynəlxalq arenada nüfuzunun artması üçün ən yüksək səviyyədə fəaliyyət göstərirsiniz. Buna görə də ölkəmiz hər gün daha da inkişaf edir, xalqımız daha böyük nailiyyətlər qazanır. Dövlət başçısı kimi yorulmaz və səmərəli fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Cəbrayıl Qurban oğlu Mehralıyev, keçmiş məcburi köçkün.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.