logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İruyyə Əliyevadan, İmişli, Azərbaycan

Text size icon-size icon-size

28 fevral 2024, 15:40

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz Ümummilli Liderimiz Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirirsiniz. Bu gün Ulu Öndərimizin ruhu şaddır. Çünki məhz Sizin Ali Baş Komandanlığınızla ərazi bütövlüyümüz təmin edilib. Düşmənin viran etdiyi əzəli torpaqlarımız bərpa olunur, Qarabağa həyat yenidən qayıdır. Azərbaycan inkişaf edərək daha qüdrətli dövlətə çevrilir.

Möhtərəm cənab Prezident, Siz xalqımızın fəxrisiniz. Sizinlə qürur duyuruq. Yorulmaz fəaliyyətinizdə Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

İruyyə Şirin qızı Əliyeva

Azərbaycan Respublikası, İmişli şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi