logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xeyrulla Əzizovdan, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

28 fevral 2024, 15:29

Möhtərəm cənab Prezident,

Sizi növbədənkənar prezident seçkilərində qalibiyyətiniz münasibətilə ürəkdən təbrik edirəm. Bu seçki Azərbaycan üçün tarixi uğurdur. Xalqımız tarixi ədaləti bərpa etmiş müdrik dövlət başçısını – Sizi böyük səs çoxluğu ilə yenidən Prezident seçdi.

Biz çox xoşbəxt xalqıq ki, taleyimiz etibarlı əllərdədir. Müdrik dövlət xadimi kimi Sizin həyata keçirdiyiniz siyasət bizi firavan gələcəyə aparır. Dünya miqyasında ölkəmizin nüfuzu artır, dövlətimiz daha da güclənir.

Hörmətli cənab Prezident, yorulmaz fəaliyyətinizdə Sizə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Xeyrulla Digaran oğlu Əzizov

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi