Baybakov Fondunun prezidenti, Rusiya Federasiyası Hökuməti sədrinin sabiq müavini Valeri Serovdan
27 fevral 2024, 17:36
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımızı çatdırıram.
İki qonşu ölkənin - Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının xalqları arasında çoxillik dostluq, iqtisadi, mədəni və dərin tarixi mənəvi bağlar, həmçinin ölkələrimizin müxtəlif sahələrdə ümumi maraqları əlaqələrimizin möhkəm bünövrəsini qoyub. Əminliklə söyləmək olar ki, Sizin prezidentliyinizin növbəti dövründə Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin və qarşılıqlı işgüzar əlaqələrin daha da inkişafının şahidi olacağıq.
Xüsusilə qeyd edilməlidir ki, ölkələrimizin mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin inkişafında tarixi rol zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, atanız Heydər Əlirza oğlu Əliyevə məxsusdur.
Siz böyük həmyerliniz Nikolay Baybakovun adını daşıyan Fondun fəaliyyətindən yaxşı xəbərdarsınız. Azərbaycan Respublikasında Baybakov Fondunun nümayəndəliyinin açılması sayəsində Fond beynəlxalq status alıb. Bu gün Fond Rusiyanın sosial-iqtisadi inkişafına sanballı töhfə verən elm, iqtisadiyyat, texnologiya və təhsil sahələrində yüksəkixtisaslı mütəxəssislərin böyük bir hissəsini öz ətrafında toplayıb. Biz elmi-texniki layihələrin həyata keçirilməsində əldə etdiyimiz təcrübəmizi Azərbaycandan olan həmkarlarımızla bölüşməyə hazırıq. Çoxşaxəli əməkdaşlığımız bizə Azərbaycanın və Rusiyanın alimlərinin, mütəxəssislərinin təcrübəsini, biliklərini birləşdirməyə və ölkələrimizin rifahına yönəltməyə imkan verəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasının qardaş xalqına isə tərəqqi, uzun əsrlər boyu sülh və xoşbəxtlik arzulayırıq.
Dərin ehtiramla,
Valeri Serov
Baybakov Fondunun prezidenti,
Rusiya Federasiyası Hökuməti sədrinin sabiq müavini