Moskva Dağ Yəhudiləri İcmasının sədri Arif Rəhimovdan
27 fevral 2024, 16:47
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi əslən Azərbaycan, Gürcüstan və Şimali Qafqazdan olan dağ yəhudilərini öz sıralarında birləşdirən Moskva Dağ Yəhudiləri İcması adından səmimi-qəlbdən təbrik edirik.
Biz çox şadıq ki, məhz Siz Vətənimiz Azərbaycanın rəhbərisiniz. Siz tolerantlığın, Azərbaycan ərazisində yaşayan xalqlar arasında sülhün və dostluğun təminatçısısınız. Fəxr edirik ki, Sizin rəhbərliyinizlə Azərbaycanda tolerantlıq ənənələri qorunub saxlanılır və inkişaf etdirilir, antisemitizm hallarına yol verilmir.
Sizə cansağlığı, doğma Azərbaycanımızın tərəqqisi naminə uzun illər məhsuldar fəaliyyət arzulayırıq.
Hörmətlə,
Arif Rəhimov
Moskva Dağ Yəhudiləri İcmasının sədri,
Rusiya Qafqaz Xalqları Konqresinin Rəyasət Heyətinin üzvü