Tahirə Şükürovadan, Bakı, Azərbaycan
28 fevral 2024, 11:16
Hörmətli cənab Prezident,
Növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizə ürəkdən gələn təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
7 fevral seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə yazıldı. Otuz ildən sonra seçki bütün ölkə ərazisini əhatə etdi və xalqımız ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçkidə iştirak etdi. Keçmiş məcburi köçkünlərimiz öz ata-baba yurdlarında səs verdilər. İllər sonra Qarabağ və Şərqi Zəngəzurda Zəfər seçkilərinin qüruru yaşandı. Bununla da biz müzəffər xalq kimi ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Odur ki, bu seçkilər Zəfər seçkiləri olaraq tariximizdə əbədi qalacaqdır.
Cənab Prezident, biz Sizə inanırıq, yürütdüyünüz siyasəti tam dəstəkləyirik. Bu müdrik siyasətin xalqımızı hər zaman xoşbəxtliyə, dövlətimizi uğurlara aparacağına əminik.
Məktəbimizin pedaqoji kollektivi adından Sizi bir daha təbrik edir, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləyirik.
Hörmətlə,
Tahirə Şükürova
Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri