Maisə Hacıağazadədən, Şəki, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
28 fevral 2024, 09:42
Möhtərəm cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Şəki gəncləri adından ürəkdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Azərbaycan xalqının Sizin ölkəmizin tərəqqisi və firavanlığı naminə gördüyünüz böyük işlərə, göstərdiyiniz fədakarlığa verdiyi dəyərin bariz göstəricisidir.
Siz gənclərin sağlam ruhda tərbiyə almaları, əsl vətənpərvər kimi yetişmələri üçün misilsiz işlər görmüsünüz. Biz Sizin diqqət və qayğınızı həmişə öz üzərimizdə hiss edirik və həyata keçirdiyiniz siyasəti dəstəkləyirik. Azərbaycan xalqını dünyada qalib xalq kimi tanıdan, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran, mövqeyini möhkəmləndirən Liderimizin olması ilə fəxr edirik. Sizin rəhbərliyinizlə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, hazırda orada nəhəng bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi bütün dünyanı heyrətləndirir, eyni zamanda Azərbaycanın qüdrətini nümayiş etdirir. Otuz il düşmən tapdağı altında qalan torpaqlarımız bu gün Sizin əzmkarlığınızla cənnətə çevrilir, uzun illər yurd həsrəti ilə yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar.
Cənab Prezident, ölkəmizin, xalqımızın daha parlaq və xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə Sizə tükənməz enerji, bol-bol nailiyyətlər arzulayıram.
Hörmətlə,
Maisə İlqar qızı Hacıağazadə
Azərbaycan Respublikası, Şəki şəhəri