28 fevral 2024, 09:53

Famil Quliyevdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində xalqımız tərəfindən Müzəffər Ali Baş Komandanımıza – Sizə bir daha etimad göstərilməsi məni daha da qürurlandırdı. Ailəm adından və öz adımdan Sizi ürəkdən təbrik edirəm. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayıram.

Mən, fəxr edirəm ki, anamız Azərbaycanda xalqımıza hər bir zaman çox yüksək səviyyədə diqqət və qayğı göstərən Liderimiz var.

Allah Ulu Öndərimiz Heydər Əliyevə və şəhidlərimizə qəni-qəni rəhmət etsin!

Ulu Tanrı Azərbaycanımızı qorusun!

Hörmətlə,

Famil Quliyev, Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.