logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zakir Musayevdən, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

28 fevral 2024, 09:32

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Azərbaycan xalqı Sizin iradəniz, qətiyyətiniz və uzaqgörənliyinizlə ən böyük problemini – Qarabağ problemini həll etdi.

Biz Sizinlə fəxr edir və inanırıq ki, bundan sonra da rəhbərliyiniz altında milli maraqlarımız beynəlxalq müstəvidə ən yüksək səviyyədə qorunacaq və Vətənimiz üçün ən yaxşı nəticələr əldə ediləcək.

Şəhid ailələri Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi hər zaman Sizin yanınızdayıq.

Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edir, şərəfli fəaliyyətinizdə müvəfəqiyyətlər arzulayıram. Allah bu yolda Sizin yar və yardımçınız olsun.

Hörmətlə,

Musayev Zakir, Vətən müharibəsinin şəhidi Vüsal Musayevin atası

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi