logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səməd Uzakovdan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

28 fevral 2024, 09:21

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Uzakovlar ailəsi adından Sizi ürəkdən təbrik edirəm.

Cənab Prezident, ərazi bütövlüyümüzün bərpa edilməsində yorulmaz fəaliyyətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin komandanlığınızla Şanlı ordumuz əzəli torpaqlarımızı bizə qaytardı.

Biz fəxr edirik ki, Sizin kimi müdrik, uzaqgörən və Vətənini, xalqını sevən ölkə başçımız var.

Əziz Prezident, Sizə uzun ömür, cansağlığı, ali vəzifənizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Səməd Uzakov.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi