Qasım Əliyevdən, Yevlax, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 fevral 2024, 19:13
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Xalqımız işğaldan azad olunmuş bütün ərazilərimizdə ilk dəfə keçirilmiş prezident seçkilərində Sizin siyasi kursunuza etimadını, müdrik siyasətinizə inamını göstərdi. Azərbaycan xalqı bu seçkilərdə qalib xalq olaraq iştirak etdi və müzəffər Liderinin rəhbərliyi ilə daha xoşbəxt və firavan gələcəyinə səs verdi.
Möhtərəm cənab Prezident, bir daha Sizi təbrik edir, xalqımızın rifahının daha da yüksəlməsi üçün bundan sonrakı prezidentlik fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Qasım Əliyev, Sosialist Əməyi Qəhrəmanı Şamama Əliyevanın oğlu.
Azərbaycan Respublikası, Yevlax rayonu.