logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elşən Məmişovdan, Yardımlı, Azərbaycan

Text size icon-size icon-size

27 fevral 2024, 19:03

Hörmətli cənab Prezident,

Sizi 7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə təbrik edirəm.

Sizin komandanlığınızla Müzəffər Ordumuzun şücaəti sayəsində 30 il düşmən əsarətində qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Ötən ilin sentyabrın 19-da həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu.

Siz bizim üçün başımızı uca, dik tutmağa zəmin yaratdınız. Bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Uca yaradan Sizi, ordumuzu, dövlətimizi və Xalqımızı qorusun!

Cənab Prezident, Sizə yorulmaz fəaliyyətinizdə daima uğurlar arzulayıram.

Hörmətlə,

Elşən Məmişov, Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının şura üzvü, Respublika dərəcəli hakim.

Azərbaycan Respublikası, Yardımlı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi