Təranə Tağıyevadan, Abşeron, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 fevral 2024, 18:58
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Bu gün bütöv Azərbaycan Sizin siyasətinizin əsəridir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması, dünyada söz sahibi ölkəyə çevrilməyimiz Sizin Ümummilli Lider dahi Heydər Əliyevin siyasətini uğurla davam etdiməyiniz sayəsindədir.
Lideri Müzəffər olan ölkənin vətəndaşı olmaq şərəfdir. Vətəndaşlıq borcuna məsuliyyətli yanaşmaq isə bu torpaq üzərində gəzən hər bir fərd üçün eyni səviyyədə olmalıdır. Məhz bu səbəbdən həm ölkə daxilində, həm də ölkəmizin hüdudları xaricində Vətənimizin şərəfi bizim şərəfimiz hesab olunur.
Hörmətli Prezident!
Bizə bəxş etdiyiniz bu rifah və uğurlu gələcək üçün Sizə dərin təşəkkür və ehtiramımı bildirirəm. Hər zaman var olun, hər zaman ölkəmizin başında olun! Vətən Sizin kimi Lider, Rəhbər və Ali Baş Komandanla heç bir zaman məğlub olmaz.
2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı xidməti borcunu qətiyyətlə yerinə yetirən oğlum Vasif Tağıyevin valideynləri, ailəsi və övladları adından Sizə böyük ehtiramımızı çatdırır, Sizin rəhbərliyinizlə, ölkə olaraq, hələ çox uğurlara şahid olacağımıza əminliyimizi bildirirəm.
Allah Sizi, dövlətimizi, millətimizi öz pənahında saxlasın!
Hörmətlə,
Tağıyeva Təranə Bulud qızı
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.