Sevinc Həsənovadan, Lənkəran, Azərbaycan
27 fevral 2024, 18:48
Möhtərəm cənab Prezident,
Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Fevralın 7-də keçirilmiş prezident seçkilərində sevinc və fərəh hissi ilə iştirak edərək Sizi dəstəklədik və xalqımızın işıqlı gələcəyinə səs verdik.
Sizin Azərbaycan dövləti və xalqı qarşısında çox böyük xidmətləriniz var. Ümummilli Liderimizin dövlətçilik ənənələrinə daim sadiq qalaraq Vətənimizi zirvələrə yüksəltmisiniz. Sizin kimi dövlət başçımız olduğu üçün fəxr edirik.
Hörmətli cənab Prezident, Siz və Mehriban xanım qayğınızla, fədakar əməyinizlə Azərbaycan xalqının ürəyini fəth etmisiniz. Azərbaycanın rifahı naminə yorulmaz fəaliyyətinizdə sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Sevinc Qumri qızı Həsənova
Azərbaycan Respublikası, Lənkəran rayonu, Viravul kəndi.