İlqar Gərayevdən, İsmayıllı, Azərbaycan
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 fevral 2024, 18:38
Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Siz ölkəmizə rəhbərlik etdiyiniz dövr ərzində Azərbaycan nəinki regionun, eləcə də dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilmişdir.
Uzun illər işğal altında qalmış torpaqlarımız məhz Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində azad olundu. 44 günlük müharibədə Siz sübut etdiniz ki, Azərbaycan ərazi bütövlüyünü öz gücü hesabına bərpa etmək qüdrətinə malikdir.
Bizə yaşatdığınız bu sevinc və qürur hissinə görə Sizə minnətdarıq.
Hörmətlə,
Gərayev İlqar Səlim oğlu
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Tircan kəndi.