logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zabux kənd ağsaqqallarından, Laçın, Azərbaycan

Text size icon-size icon-size

27 fevral 2024, 18:23

Cənab Ali Baş Komandan,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zabux kənd ağsaqqalları adından səmimi qəlbdən təbrik edirik.

Sizin sayənizdə biz 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkiləri günü öz ata-baba yurdumuz olan Zabux kəndində seçkilərdə iştirak etdik və layiqli namizədimiz olan Sizə səs verdik. Biz keçmiş məcburi köçkünlər Sizin siyasi kursunuzu hər zaman dəstəkləmişik və inanmışıq. Bunun nəticəsidir ki, bu gün Sizə gözəl, bütün infrastrukturu yüksək səviyyədə qurulmuş Zabux kəndindən yazırıq.

Uğurunuz daimi olsun, cənab Prezident!

Hörmətlə,

Zabux kənd ağsaqqalları:

Əliyev Allahverdi Əşrəf oğlu,

İsmayılov Bakir Əli oğlu,

Əliyev Əli Əbili oğlu,

İsmayılov Kamil Əli oğlu,

Məmmədov Cavan Nəsib oğlu,

Hüseynov Tahir Sabir oğlu

Azərbaycan Respublikası, Laçın rayonu, Zabux kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi